Polis 2300 pirotexniki vasitə aşkarladı

Polis 2300 pirotexniki vasitə aşkarladı
  29 Dekabr 2018    Oxunub:4998
Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları dekabrın 22-də bu məqsədlə keçirdikləri növbəti tədbir zamanı Mehdiabad qəsəbəsinin ərazisindəki mağazaların birindən 2300 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürüblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti