Bakıda 56 yaşlı ərəb itkin düşüb

 Bakıda 56 yaşlı ərəb itkin düşüb
  29 Dekabr 2018    Oxunub:5746
Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1962-ci il təvəllüdlü Salim Səid Salim dekabrın 27-də Səbail rayonu, Fəvvarələr meydanında itkin düşüb.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, sonuncu dəfə əynində göy cins şalvar, qara qış gödəkçəsi və qəhvəyi rəngli papaq olub.

Şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Səbail Rayon Polis İdarəsinə, 9-cu Polis Bölməsinə (012) 437-02-02, (012) 492-02-02, (050) 776-77-44 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Azvision.az



Teqlər: DİN   BƏƏ  





Xəbər lenti