Ağsu dolaylarında hərəkət təhlükəlidir - Sürücülərin nəzərinə

   Ağsu dolaylarında hərəkət təhlükəlidir -    Sürücülərin nəzərinə
  29 Dekabr 2018    Oxunub:6426
Dünən səhərdən başlayan və dekabrın 29-da gecə saatlarında yağan qar Bakı-Şamaxı-Yevlax magistral yolunun 135-150-ci kilometrində avtomobillərin hərəkətində çətinliklər yaradıb. Qar və qatı duman Ağsu dolaylarında nəqliyyatın hərəkətini çətinləşdirib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin Ağsu rayonu üzrə sahəsinin işçiləri günorta saatlarınadək dolayların qardan təmizlənməsini başa çatdırıb.

Sahə rəisi Eldar İsrafilov AzərTAc-a bildirib ki, dolaylarda qarın qalınlığı 5 santimetr təşkil edirdi. Səhər tezdən qreyder və duzsəpən maşınlarla yolların qardan təmizlənməsinə başlanılıb, avtomobillərin normal hərəkəti bərpa olunub.

Eldar İsrafilov sürücülərə zərurət olmadan, xüsusilə gecə saatlarında Ağsu dolayları ilə hərəkət etməməyi məsləhət görüb.



Azvision.az



Teqlər: Ağsu   Yol  





Xəbər lenti