Diqqətli olun! - Bəzi yollar buz bağlayıb

      Diqqətli olun!   - Bəzi yollar buz bağlayıb
  29 Dekabr 2018    Oxunub:6583
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın əsas yollarında olan vəziyyətlə bağlı son məlumatı açıqlayıb.

Nazirlikdən Azvision.az -a verilən məlumata görə, hazırda Şamaxı-Pirqulu, Gədəbəy, Daşkəsən, Hacıkənd istiqamətlərində yollar buz bağlayıb
Şahdağ, Ləzə və Xınalıq istiqamətlərində isə yollar açıqdır.

Nazirlik dağlıq rayonlarda gecə və səhər gözlənilən şaxtalı hava şəraitilə bağlı sürücülərə diqqətli olmağı tövsiyə edib.

Azvision.az



Teqlər: ETSN   Yol   Buz  





Xəbər lenti