Bir gündə üç evdən oğurluq etdi - FOTO

Bir gündə üç evdən oğurluq etdi -    FOTO
  29 Dekabr 2018    Oxunub:7337
Sabunçu rayon sakini Vilayət Hüseynov dekabrın 26-da rayon polis idarəsinin 12-ci polis şöbəsinə müraciət edərək naməlum şəxsin Balaxanı qəsəbəsindəki mənzilinin pəncərəsini sındıraraq içəri daxil olduğunu və “Samsung” markalı televizor və 300 manat pulunu oğurladığını bildirib.
Eyni tarixdə həmin qəsəbədə yaşayan daha iki ev sahibi mənzillərindən televizor, məişət əşyaları və min manat pulun oğurlandığı barədə şöbəyə şikayət ərizəsi təqdim edib.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal 12-ci polis şöbəsində araşdırmalara başlanılıb hadisə yerlərinə baxış keçirilib, hər üç oğurluğun eyni şəxs tərəfindən törədildiyi müəyyənləşdirilib. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Nurlan Cəfərov saxlanılıb. O, ifadəsində həmin cinayətləri törətdiyini etiraf edib.



Saxlanılan şəxs barəsində 12-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. N.Cəfərovun digər cinayətlər törətdiyi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in 102- Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə və ya 12-ci polis şöbəsinə müraciət edə bilərlər.



Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti