Yeni il gecəsi hava necə olacaq?

  29 Dekabr 2018    Oxunub : 5953
 Yeni il gecəsi hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində dekabrın 31-də - Yeni il gecəsində gözlənilən hava proqnozunu açıqlayıb.
Departamentdən Azvision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə çiskinli olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun 2-4° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında qar yağacağı proqnozlaşdırılır. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun 2-5°, dağlıq ərazilərdə 8-10° şaxta olacağı bildirilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu 3-8° şaxta olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində havanın çiskinli olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun 2° şaxtadan 3°-dək isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində hava yağıntılı olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun 0-5°, dağlarda 10-15° şaxta olacağı bildirilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi şərq rayonlarında isə havanın çiskinli olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun 2° şaxtadan 3°-dək isti olacağı proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində hava çiskinli olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun 0-4° isti olacağı ehtimalı var.

Azvision.az

Teqlər: ETSN   Hava