Nəsimidə yanğın, 1 nəfər xəsarət alıb

Nəsimidə yanğın,    1 nəfər xəsarət alıb
  30 Dekabr 2018    Oxunub:5628
Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 6 otaqlı evin damında tikilmiş taxta konstruksiyadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları 10 m² sahədə yanıb.
FHN-dən Azvision.az -a verilən xəbərə görə, yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti