Yevlaxdakı qatar qəzası ilə bağlı rəsmi açıqlama

Yevlaxdakı qatar qəzası ilə bağlı rəsmi açıqlama
  30 Dekabr 2018    Oxunub:9533
“Azərbaycan Dəmir Yolları” QSC Yevlax rayonunda baş vermiş qatar qəzası ilə bağlı məlumat yayıb.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Azvision.az -a bildirib ki, 30 dekabrda saat 03:15 radələrində Ləki-Yevlax mənzilinin 257-ci km-də piket 10-da ATEF şirkətlər qrupuna məxsus universal nəqliyyat vasitəsi keçiddən keçərkən mühərriki sönüb, həmin keçiddə qalıb, nəticədə toqquşma hadisəsi baş verib. Dərhal görülən tədbirlər nəticəsində qəzanın qarşısı alınıb. Hadisə nəticəsində heç bir xəsarət alan olmayib.

Hadisənin nəticələri 3 saat ərzində tam aradan qaldılıb və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti həmin ərazidə nəzərdə tutulan olan maksimal sürətlə fəaliyyətini tam bərpa edib. Bu səbəbdən həmin istiqamətdə hərəkət edən qatarların mənzil başına çatmasında 2-3 saat gecikmələr baş verib.

"Bir daha qeyd edim ki, həmin istiqamət üzrə hərəkət edən qatarların hərəkəti tam bərpa olunub, heç bir mədudiyyət tətbiq olunmur və hal hazırda qatarlar gündəlik qrafik üzrə hərəkət edirlər", - deyə QSC rəsmisi vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qatar   Qəza  





Xəbər lenti