Nazirlik müəssisənin fəaliyyətini dayandırdı

Nazirlik müəssisənin fəaliyyətini dayandırdı
  30 Dekabr 2018    Oxunub:6122
30 dekabr 2018-ci il tarixində saat 12 radələrində Sumqayıt şəhərində yerləşən Socar Polumer MMC-nin məşəl qurğusundan atmosferə qara tüstünün atıldığı müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazilriyindən Azvision.az -a verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən araşdırma aparılıb. Müəssisənin məsul şəxsləri yüksək gərginlikli elektrik xəttində qəza baş verdiyini və zavodda qurğuların dayanması nəticəsində atmosferə məşəl vasitəsilə qara tüstü atıldığını bildiriblər.

Saat 14:10-da atılmalar dayandırılıb. Hazırda ETSN- nin əməkdaşları tərəfindən ətraf mühitə təsirlərin təhlili məqsədilə araşdırmalar aparılır.

Azvision.az


Teqlər: ETSN   Zavod  





Xəbər lenti