FHN yanğınlarla bağlı məlumat yaydı

FHN yanğınlarla bağlı məlumat yaydı
  31 Dekabr 2018    Oxunub:5601
Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün baş vermiş yanğınlarla bağlı məlumat yayıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin bir otağında 1 ədəd məişət avadanlığı, mebel və lambirdən ibarət tavan 2 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Mingəçevir şəhərində dördmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan mənzildə qaz balonunun başlıq hissəsi vəev əşyaları 1 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin hamam otağında havatəmizləyici qurğu və su qızdırıcısı yanıb, yüksək temperaturdan 0,5 p.m plastik su boruları əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları yanıb. Köməkçi tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti