Beyləqanda sürücü maşını aşırdı - Özü öldü, arvadı yaralandı

   Beyləqanda sürücü maşını aşırdı -    Özü öldü, arvadı yaralandı
  01 Yanvar 2019    Oxunub:5512
Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az “XəzərXəbər”ə istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Abşeron rayon sakini Yaqub Ağalarov idarə etdiyi "Opel” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini - arvadı Minə Omarxanova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Beyləqan rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər:





Xəbər lenti