Balakən və Sabirabadda yanğın olub

Balakən və Sabirabadda yanğın olub
  01 Yanvar 2019    Oxunub:5956
Balakən rayonunun Katex kəndində ümumi sahəsi 32 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 1,2 ton ot bağlamasının 0,5 tonu yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin, Sabirabad rayonunda ümumi sahəsi 72 m² olan qamışdan ibarət birmərtəbəli 3 otaqlı evin bacasının ətrafı 3 m² sahədə və tavanı 2 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Yanğın   FHN  





Xəbər lenti