Hacıqabulda yol qəzası: Ölən və yaralı var

 Hacıqabulda yol qəzası:    Ölən və yaralı var
  03 Yanvar 2019    Oxunub:6013
Bu gün axşam saatlarında Hacıqabul şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Azvision.az -ın məlumatına görə, "VAZ-2106" markalı avtomobilin dumanlı havada yol kənarındakı beton maneəyə çırpılması nəticəsində 2 nəfər - 1993-cü il təvəllüdlü Həsənov Vasif Şahin oğlu və 1986-cı il təvəllüdlü Məmmədov Tahir Mirzəmməd oğlu ağır xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına aparılarkən, V.Həsənov yolda ölüb. Digər şəxs isə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

Azvision.az



Teqlər: Qəza  





Xəbər lenti