Dekabrda 60 nəfər yol qəzasında ölüb

Dekabrda 60 nəfər yol qəzasında ölüb
  03 Yanvar 2019    Oxunub:3789
Ötən ilin dekabr ayında respublikanın avtomobil yollarında 125 yol-nəqliyyat hadisəsi baş verib.

Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, qəzalarda 60 nəfər ölüb, 170 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, 2018-ci ilin noyabr ayında isə ölkə üzrə 117 yol-nəqliyyat hadisəsi olub, 63 nəfər ölüb, 146 nəfər xəsarət alıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qəza   Dekabr   DİN  





Xəbər lenti