Dörd rayonda yanğın olub

Dörd rayonda yanğın olub
  03 Yanvar 2019    Oxunub:2761
Saatlı rayonunun Orta Muğan kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağında pəncərə çərçivəsi və ev əşyaları 10 m² sahədə yanıb. Yanğın zamanı 7 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Füzuli rayonunun Böyük Bəhmənli kəndində ümumi sahəsi 320 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Masallı rayonunun Qızılağac kəndində ümumi sahəsi 88 m² olan taxta konsturuksiyadan ibarət birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti