Yaşayış binasında yanğın, 1 nəfər xəsarət alıb

Yaşayış binasında yanğın,  1 nəfər xəsarət alıb
  04 Yanvar 2019    Oxunub:1781
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 2 m² sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti