Salyanda “BMW” “KamAZ”la toqquşub - Sürücü ölüb

Salyanda “BMW” “KamAZ”la toqquşub -    Sürücü ölüb
  04 Yanvar 2019    Oxunub:2963
Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində şəhər sakini Seyidabdulla Ağalarovun idarə etdiyi “BMW” markalı avtomobil Aşağı Surra kənd sakini İlham Rəhmanovun idarə etdiyi “KamAZ”la toqquşub.
Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, nəticədə “BMW”-nin sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Salyan RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Salyan   Qəza  





Xəbər lenti