Keçmiş məhkum bir gündə iki maşını qaçırdı

Keçmiş məhkum bir gündə iki maşını qaçırdı
  04 Yanvar 2019    Oxunub:2115
Yanvarın 3-də Masallı rayonu ərazisindən Ərkivan qəsəbə sakini Eldar Mənsimova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. Nəqliyyat vasitəsi həmin gün Məmmədxanlı kəndinin ərazisində tapılıb.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırmandalı kənd sakini, əvvəllər məhkum olunmuş Said Kərimov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun yanvarın 3-də rayon ərazisindən həmkəndlisi Məhəddin Alışova məxsus “VAZ-2107” markalı avtomobili qaçırması və Seybətin kəndi ərazisində idarə edərkən onu yolun kənarındakı maneəyə vurması da müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb. Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Cinayət   Maşın  





Xəbər lenti