Bakı metrosunda sərnişin öldü - Yenilənib

   Bakı metrosunda sərnişin öldü  -  Yenilənib
  05 Yanvar 2019    Oxunub:7672
Bakı metrosunda sərnişin dünyasını dəyişib.

Azvision.az xəbər verir ki, hadisə "Ulduz" stansiyasında baş verib. Özünü pis hiss etdiyini deyən kişi sərnişin qatardan düşürülüb. Ona ilkin yardım edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, vəfat edən sərnişin Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Mahir Kazımovdur.

Onun hansı səbəbdən öldüyü ekspertizanın rəyindən sonra dəqiq bilinəcək.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Metro   Ölüm   Sərnişin  





Xəbər lenti