Kürdəmirdə yanğın: 20 nəfər təxliyə edilib

Kürdəmirdə yanğın: 20 nəfər təxliyə edilib
  05 Yanvar 2019    Oxunub:1545
Kürdəmir rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan 4 otaqlı mənzilin 1 otağının tavanı 15 m² sahədə və çardağının yanar konstruksiyaları 25 m² sahədə yanıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti