Bakıda güclü külək 10 metrlik lövhəni aşırdı - FOTOLAR

  Bakıda güclü külək 10 metrlik lövhəni aşırdı -    FOTOLAR
  05 Yanvar 2019    Oxunub:8900
Paytaxtda güclü külək Bakı Dairəvi-1 avtomobil yolunda, Yeni Yasamal yaşayış massivinə gedən yolun kəsişməsində yerləşən 10 metr hündürlüyə malik T tipli məlumatverici lövhəni aşırıb.

Bu barədə Azvision.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, aşan lövhə Yeni Yasamal yaşayış massivinə gedən yolda, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.

Dərhal əraziyə agentliyin əməkdaşları cəlb olunaraq, aşan dirək yoldan kənarlaşdırılıb və avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.







Azvision.az



Teqlər: Yol   Külək  





Xəbər lenti