Gəncədə evdən qadın meyiti tapılıb

Gəncədə evdən qadın meyiti tapılıb
  06 Yanvar 2019    Oxunub:2470
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü İmanova Siyarə Həsən qızının meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az





Teqlər: FHN   Gəncə   Mənzil  





Xəbər lenti