Bakıda evakuator avtobusla toqquşub - 2 nəfər xəsarət alıb

 Bakıda evakuator avtobusla toqquşub -    2 nəfər xəsarət alıb
  07 Yanvar 2019    Oxunub:2454
Bu gün saat 17:00 radələrində Binəqədi-Balaxanı yolunda nəqliyyat hadisəsi baş verib.

Azvision.az xəbər verir ki, "Qazel" markalı nəqliyyat vasitəsini daşıyan təxliyyə avtomobili 108 B nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusla toqquşub.
Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları hadisə yerinə yollanıb və araşdırmalara başlanılıb. Qəza zamanı avtobusun sürücüsü və bir nəfər sərnişin xəsarət alıb.

İlkin məlumata görə, hadisə təxliyyə avtomobili sürücüsünün dönmə əməliyyatını düzgün icra etməməsi səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

Azvision.az



Teqlər: BNA   Qəza  





Xəbər lenti