Gömrükdə külli miqdarda siqaret və telefon aşkarlanıb

Gömrükdə külli miqdarda siqaret və telefon aşkarlanıb
  07 Yanvar 2019    Oxunub:3217
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunun tavanından 11 ədəd "Samsung Galaxy J2" markalı mobil telefonlar və 1400 ədəd "Gold Marlboro Edge" markalı siqaretlər aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti