5 evdən oğurluq edən keçmiş məhkum tutuldu

5 evdən oğurluq edən keçmiş məhkum tutuldu
  07 Yanvar 2019    Oxunub:1642
Balakəndə evlərdən oğurluq edən şəxs saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-dan cari il yanvarın 5-dək olan müddətdə rayon ərazisindəki 2 həyətyanı sahədən 11 ev quşu, 3 evdən su çəni, elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Ədalət Qaracayev saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti