Gəncə sakini xalası oğlunu qətlə yetirib

Gəncə sakini xalası oğlunu qətlə yetirib
  08 Yanvar 2019    Oxunub:1996
Yanvarın 7-də Gəncə şəhərindəki çay evlərinin birində şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədovun münaqişə zəminində orada işləyən xalası oğlu, əvvəllər məhkum olunmuş Valeh Zeynalovu bıçaqla qətlə yetirməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Azvision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Qətl  





Xəbər lenti