Cinayət törədən 42 nəfər saxlanılıb

Cinayət törədən 42 nəfər saxlanılıb
  09 Yanvar 2019    Oxunub:1324
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 143 cinayət faktı qeydə alınıb, onların da 34-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti