Lənkəranda bir ildə 317 sərxoş sürücü aşkar edilib

  09 Yanvar 2019    Oxunub : 720
 Lənkəranda bir ildə 317 sərxoş sürücü aşkar edilib
Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə yol hərəkətinin tənzimlənməsi və hərəkətin təhlükəzliyinin təmini məqsədilə Respublika ərazisində davamlı işlər həyata keçirilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, bu istiqamətdə ərazi polis orqanlarının aidiyyati xidmətinin əməkdaşları tərəfindən keçirilən tədbirlər də öz səmərəsini göstərməkdədir. Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin xidməti ərazisində görülən tədbirlər nəticəsində əvvəllki illərlə müqayisədə istər yol nəqliyyat hadisələrinin, istərsə də qəzalarda xəsarət alanların sayında əhəmiyyətli dərəcədə azalma müşahidə edilib.

Əgər 2017-ci ildə ŞRPŞ-nin dövlət yol polisi bölməsinin xidməti ərazisində 39 yol nəqliyyat hadisəsi baş vermişdisə 2018-ci il ərzində qəzaların sayı 16 fakt olub. Yol qəzalarında dünyasını dəyişənlərin sayı 5 nəfər olub. Xəsarət alanların sayı isə əvvəlki il 10 nəfər olmuşdusa, 2018-ci ildə bu say 5 nəfərə enib.

Bölmənin əməkdaşları tərəfindən yol qəzalarına səbəb olacaq, kobud qayda pozuntularının aşkarlanması istiqamətində işlər davam etdirilib. İl ərzində rayon ərazisində 317 sərxoş sürücü, 10 avtoxuliqanlıq edən sürücü aşkar edilib.

Sürücülərin və piyadaların hərəkətinin tənzimlənməsi istiqamətində görülən işlər çərçivəsində Lənkəran şəhəri ərazisində 110 ədəd yol nişanı dəyişdirilərək yenisi ilə əvəz edilib.

Eyni zamanda yollarda hərəkətin təhlükəsizliyini təmin etmək, uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol qəzalarının qarşısının alınması məqsədilə maarifləndirici tədbirlər davam etdirilib, təhsil müəssisələrində və digər kollektivlər qarşısında dövlət yol polisi əməkdaşlarının iştirakı ilə görüşlər keçirilib. Pedaqoji kollektivlər və azyaşlıların valideynləri bu cür görüşlərdən razı qaldıqlarını bildirərək minnətdarlıqlarını ifadə ediblər.

Azvision.az

Teqlər: DİN   DYP