Azyaşlılara siqaret satanlar cərimələndi - Fotolar
Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri, paytaxt sakinləri – Cəmilə Şirəliyeva, Ramal Əsgərli, Cabbar Cabbarov, Bəhram Allahverdiyev və Qoşqar Hüseynov barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və onlar qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə ediliblər. Nəzərinizə çatdıraq ki, qeyd edilən məhsulları satan şəxslərdə onlardan siqaret və spirtli içki alanın azyaşlı olduğu barədə şübhə yarandığı təqdirdə satışı dayandırmalı və müştəridən şəxsiyyəti təsdiq edən sənəd tələb etməlidirlər.
Bu sənədi təqdim etmədikdə həmin şəxsə tütün məmulatı və spirtli içki satılmamalıdır. DİN spirtli içki və tütün məmulatlarının satışı ilə məşğul olan şəxslərə xəbərdarlıq edərək bildirir ki, paytaxt, eləcə də regionlarda bu qanunsuz hərəkətlərə yol verən şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütamadi reydlər bundan sonra da davam etdiriləcək.
Azvision.az