Gömrükçülər narkotik vasitə aşkarlayıb

Gömrükçülər narkotik vasitə aşkarlayıb
  09 Yanvar 2019    Oxunub:1884
Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun idxal nəzarət xəttinə Gürcüstan istiqamətindən daxil olan bu ölkə vətəndaşının idarə etdiyi “Mercedes-Benz 250D” markalı avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a bildirilib ki, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı avtomobilin arxa sağ qapısında, kül qabının içərisində 2 ədəd bükümdə ümumi çəkisi 2 qram olan narkotik vasitə - marixuana aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti