Narkotik alverçisi saxlanıldı
Zaur Əliyevin ətrafında aparılan tədbirlərlə onun şəhər ərazisində yerləşən evinin yaxınlığında narkotik maddə gizlətdiyi də məlum olub. Hal şahidlərinin iştirakı ilə həmin əraziyə baxış zamanı orada yerləşən dəmir borunun içərisindən sellofan torbada ümumi çəkisi 435 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Z.Əliyev narkotik vasitələrinin istifadəçisi olduğunu və aşkar edilmiş qurudulmuş marixuananı şəxsi istifadəsi üçün gizlətdiyini bildirib. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Azvision.az