Bakıda 52 yaşlı kişi itkin düşüb

  10 Yanvar 2019    Oxunub : 883
 Bakıda 52 yaşlı kişi itkin düşüb
Bakı sakini itkin düşüb. Hadisə paytaxtın Yasamal rayonunda baş verib.
Azvision.az Trend-ə istinadən xəbər verir ki, Yasamal rayonu, Şaxtaxtinski küçəsi 33 ünvanında yaşayan, 1967-ci il təvəllüdlü Ələkbərov Həsən Əli oğlu yanvarın 6-da gecə saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az

Teqlər: Bakı   İtkin