FHN Qubadakı qəza ilə bağlı məlumat yaydı

  10 Yanvar 2019    Oxunub : 720
FHN Qubadakı qəza ilə bağlı məlumat yaydı
Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonunun Zərdabi qəsəbəsində “VAZ” markalı minik avtomobili və “Ford” markalı yük avtomobili toqquşub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər minik avtomobilində olan 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılmış vəziyyətdə qalmış 1 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az

Teqlər: FHN   Quba   Qəza