Mağazaya girən oğru silahla tutuldu

Mağazaya girən oğru silahla tutuldu
  10 Yanvar 2019    Oxunub:2343
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 3-də və 8-də rayon ərazisindəki 3 mağazadan pul, ərzaq məhsulları və geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Uluxan Behbudov və Gəncə şəhər sakini, əvvəllər məhkum olunan Elmir Qafarov saxlanılıb.
DİN-dən Azvision.az -a verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə E.Qafarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobildən isə “Reck” markalı pnevmatik tapança aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   oğurluq  





Xəbər lenti