Bakıda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.
Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı rayon Polis idarəsinin 30-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-də rayon ərazisindəki evlərin birindən 12 000 ABŞ dolları, qızıl-zinət əşyaları və qol saatı oğurlamaqda şübhəli bilinən Hövsan qəsəbə sakini Sergey Pimenov saxlanılb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.