Keçmiş məhkum yenidən cinayət törətdi

Keçmiş məhkum yenidən cinayət törətdi
  10 Yanvar 2019    Oxunub:1407
Neftçala rayonunda evdən pul oğurlayan şəxs tutulub.
Azvision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Neftçala rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il aprelin 8-də rayon ərazisindəki evlərin birindən 3570 manat oğurlamaqda şübhəli bilinən Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fariz Şirəliyev saxlanılıb.

Azvision.az


Teqlər: DİN   cinayət  





Xəbər lenti