Polis daha 5 satıcını cərimələdi

  11 Yanvar 2019    Oxunub : 903
Polis daha 5 satıcını cərimələdi
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 9-da Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları paytaxtın Nizami rayonu ərazisində növbəti reyd keçiriblər. Reydlər nəticəsində Q.Qarayev prospektində, R.Rüstəmov və M.Abbasov küçələrində yerləşən mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin mağazaların 5 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuş və hər biri 100 manat cərimə olunublar. Bu istiqamətdə reydlər davam etdirilir.

Azvision.az

Teqlər: DİN