456 ağac oğurlayan şəxs tutulub

456 ağac oğurlayan şəxs tutulub
  11 Yanvar 2019    Oxunub:2204
Yanvarın 9-da Tərtər rayon sakini Eldar Yusubov RPŞ-yə müraciət edərək Seyidimli kənd ərazisində yerləşən ona məxsus əkin sahəsindən Eldar Şamı və Kiparis ağaclarının oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, dərhal əməliyyat qrupu yaradılıb, əkin sahəsinə baxış keçirilib. Baxış zamanı 413 ədəd Kiparis, 43 ədəd Eldar Şamı ağacının, eləcə də 600 ədəd Eldar Şamı şitilinin oğurlandığı və E. Yusubova 2434 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.



Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Seyidimli kənd sakini Abbasov Ərəstun saxlanılıb. Dindirilmə zamanı o törətdiyi əməli etiraf edib. Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti