Şabranda evdən 7 minlik qızıl oğurlanıb

Şabranda evdən 7 minlik qızıl oğurlanıb
  11 Yanvar 2019    Oxunub:1583
Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhimli kəndindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakini Hüseyn Binəliyev saxlanılıb.
DİN-dən Azvision.az -a verilən xəbərə görə, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun yanvarın 3-də 1 həyətyanı sahədən məişət əşyaları və ərzaq məhsulu oğurlaması da müəyyən edilib.


Azvision.az



Teqlər: DİN  





Xəbər lenti