Qanunsuz dini təbliğatla məşğul olanlar ölkədən deportasiya edildi

  11 Yanvar 2019    Oxunub : 1095
 Qanunsuz dini təbliğatla məşğul olanlar ölkədən deportasiya edildi
Yanvarın 10-da Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə tədbir nəticəsində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən yaşayış evində bir qrup əcnəbi vətəndaşın da iştirak etdiyi qeyri-qanuni dini fəaliyyət aşkarlanıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən xəbərə görə, qeydolunan ünvanda humanitar yardım adı altında missionerlik fəaliyyəti, o cümlədən qeyri-qanuni dini təbliğatla məşğul olan əcnəbi vətəndaşlar barəsində müəyyən edilmiş tələblərə uyğun olaraq inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən həmin əcnəbi vətəndaşlar cərimə olunub və ölkəmizdən deportasiya ediliblər.

Azvision.az

Teqlər: DTX   DİN