Oğruların başqa bir cinayəti üzə çıxdı

Oğruların başqa bir cinayəti üzə çıxdı
  12 Yanvar 2019    Oxunub:2247
Oğurluq etdiklərinə görə tutulmuş Elnur Zeynalovun və Ruslan Əliyevin ətrafında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların şəhərdəki bir məktəbdən və bir evdən noutbuk, proyektor, ərzaq məhsulları, 300 manat pul və geyim əşyaları oğurlamaları da müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata əsasən, oğurluq etdiyinə görə tutulmuş Müşfiq Zeynalovla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin iyul-dekabr aylarında rayon ərazisində iki evdən və bir avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyənləşdirilib.

Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti