Qubada dülgər sexində yanğın olub

Qubada dülgər sexində yanğın olub
  13 Yanvar 2019    Oxunub:2600
Quba rayonunda ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 200 m² olan dülgər sexinin tavanı və içərisindəki 4 ədəd dəzgahın taxta üzlüyü yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, sexin, binanın qalan hissəsi və 1 ədəd dəzgah yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti