Azyaşlılara siqaret satanlar cərimələnib

  14 Yanvar 2019    Oxunub : 790
Azyaşlılara siqaret satanlar cərimələnib
Polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, yanvarın 12-də Bərdə Rayon Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu məqsədlə tədbir keçirilib. Reyd nəticəsində rayon ərazisində mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları və spirtli içkilər satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin iaşə obyektlərinin satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və onlar cərimələniblər. Bu istiqamətdə reydlər davam etdirilir.

Növbəti belə tədbir Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Aparılan müşahidələr zamanı rayon ərazisində azyaşlılara tütün məmulatı satan bir neçə mağaza və köşk aşkar edilib. Faktlarla bağlı həmin obyektlərin sahibləri , rayon sakinləri – Əfqan Cəfərov, Elvin Əhmədov, Nizami Osmanov, Teymur Müzəffərov, Əfiqə Vəliyeva, Samir Qaffarov və Yunis Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2 –ci maddəsi ( Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və onlar qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə ediliblər.

Azvision.az

Teqlər: DİN   Cərimə