Özünü yandıran 63 yaşlı kişi ruhi xəstə olub
“O, əvvəllər də xəstəxanada yatıb, bir müddət vəziyyəti yaxşı idi. Sonra yenidən problem yarandı, xəstəxanaya aparıldı. 4-5 ay olardı ki, evdə müalicə alırdı. Lakin son günlər canı ağrıyırdı, çox narahat idi. Mərhumun ailəsi, 2 oğlu və qızı var”.
Qeyd edək ki, Şəkinin Kiş kənd sakini 1956-cı il təvəllüdlü Qorxmaz Zəkəriyyə oğlu Nəsrullayev yaşadığı evdə özünü yandıraraq intihar edib. Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.
Aytən Zəhra
Azvision.az