Abşeronda 15 yaşlı qız itkin düşüb - FOTO

  14 Yanvar 2019    Oxunub : 1709
 Abşeronda 15 yaşlı qız itkin düşüb - FOTO
Abşeron rayon, Qobu qəsəbə sakini, 2004-cü il təvəllüdlü Kifayət Vəlicanova 7 gündür itkin düşüb.
Azvision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə yeniyetmə qızın yaxınları məlumat verib.

Onların bildirdiyinə görə, K.Vəlicanova yaddaş pozğunluğundan əziyyət çəkir. O, evdən çıxarkən əynində qara şalvar və mavi köynək olub.

İtkin düşən şəxslə bağlı artıq Abşeron rayon Polis İdarəsinə məlumat verilib.



Azvision.az

Teqlər: Abşeron   Qız   İtkin