Bakıda 6 nəfər liftdə qalıb

Bakıda 6 nəfər liftdə qalıb
  15 Yanvar 2019    Oxunub:1581
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı və Nəsimi rayonlarında 6 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.

Azvision.az




Teqlər: FHN   Lift  





Xəbər lenti