Qanunsuz ov edən qohumlar tutuldu - FOTO

Qanunsuz ov edən qohumlar tutuldu -    FOTO
  15 Yanvar 2019    Oxunub:2604
Yanvarın 14-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, araşdırmalarla onların Göygöl rayon sakinləri Nazir Bağırov, Xanlar Bağırov, Şükür Bağırov, Bayram Bağırov və Namiq Bağırov olduqları müəyyən edilib. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” və 3 ədəd “İJ”, markalı ov tüfəngləri və ümumi sayı 84 ədəd patron, habelə ovladıqları 2 ədəd dovşan götürülüb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar aparılır.




Azvision.az



Teqlər: DİN  





Xəbər lenti