Təhlükəli hava ilə bağlı sürücü və sərnişinlərə xəbərdarlıq
Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyi sürücülərə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etməyi tövsiyə edib.
"Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", - deyə BNA-nın yaydığı məlumatda qeyd edilib.
Azvision.az
Teqlər: BNA