Qubada evdən oğurluq edən şəxs tutuldu

Qubada evdən oğurluq edən şəxs tutuldu
  16 Yanvar 2019    Oxunub:2374
Quba rayonu 2-ci Nügədi kənd sakini İlham Qardaşəliyev yanvarın 14-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yanvarın 12-də evindən 1600 manat pulunun oğurlandığı barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla və isti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəmil Daşdıyev saxlanılıb.



Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini edərək, evdə heç kimin olmadığı vaxtda evə daxil olduğunu və 1600 manat pul oğurladığını, əldə etdiyi pulları isə xərclədiyini bildirib. Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az


Teqlər: Quba   DİN   Oğurluq  





Xəbər lenti