İrandan Azərbaycana narkotik keçirmək istədi

İrandan Azərbaycana narkotik keçirmək istədi
  17 Yanvar 2019    Oxunub:2484
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin Biləsuvar gömrük postunda İrandan ölkəmizə gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Komitədən Azvision.az -a verilən məlumata görə, saxlanılan şəxs şifahi sorğu sual zamanı üzərində qadağan olunmuş hər hansı predmetin, o cümlədən narkotik vasitə, yaxud psixotrop maddənin olmadığını bildirib.

Lakin hərəkətləri şübhə yaratdığından Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın daxili orqanı - düz bağırsağında 3 büküm aşkarlanıb. Bükümlərdən birində qablaşdırması ilə birlikdə çəkisi 200 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, digər iki bükümdə isə qablaşdırması ilə birgə çəkisi 104 qram olan ağ, xırda kristal halda psixotrop maddə - metamfetamin olduğu məlum olub.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK  



Xəbər lenti